az en
News / III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb

III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb

Milli komandalar, U-16 Dərc olundu: 22.09.2025 Çap
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb. Püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.
III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb
Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
 
A qrupu
 
27 sentyabr
12:00. Tacikistan – Azərbaycan
29 sentyabr
14:00. Qırğızıstan – Tacikistan
1 oktyabr
12:00. Azərbaycan - Qırğızıstan
 
B qrupu
 
27 sentyabr
14:00. Belarus – Rusiya
29 sentyabr
12:00. Belarus – Özbəkistan
1 oktyabr
14:00. Rusiya – Özbəkistan
 
3 oktyabr
12:00. 5-ci yer uğrunda
14:00. 3-cü yer uğrunda
 
4 oktyabr
14:00. Final

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor