az en
News / Klub nümayəndələri ilə növbəti görüş

Klub nümayəndələri ilə növbəti görüş

Lisenziya Dərc olundu: 27.12.2023 Çap
Bu gün AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün növbəti – ikinci onlayn seminar təşkil olunub.
Klub nümayəndələri ilə növbəti görüş
Tədbir zamanı Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər ilə Misli Premyer Liqasının XVI-XVII turları çərçivəsində keçirilmiş oyunlarında azarkeşlərlə bağlı təşkilati məsələlər zamanı görülmüş işlər barəsində müzakirələr aparılıb. Azarkeşlərlə Əlaqələndirici Şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. Bu kimi təlim və görüşlərin növbəti il, Premyer Liqa yarışlarının başlandığı zaman yenidən keçirililməsi nəzərdə tutulur.
Qeyd edək ki, iclasda PFL-in əməkdaşı Faiq Tahirov da iştirak edib, klub nümayəndələrinin suallarını cavablandırıb.
Baş Sponsor 
Partnyorlar