az en
News / Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ilk oyununu keçirəcək

Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ilk oyununu keçirəcək

U-17 (qızlar) Dərc olundu: 02.05.2024 Çap
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək. Millimiz Bakı vaxtı ilə saat 19:00-da ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.
Millimiz (U-17 Qadınlar) İnkişaf Turnirində ilk oyununu keçirəcək
Baş Sponsor 
Partnyorlar