az en
News / Millimiz Monqolustan yığmasına qalib gəlib

Millimiz Monqolustan yığmasına qalib gəlib

FİFA Dərc olundu: 22.03.2024 Çap
Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyununu keçirib.
Millimiz Monqolustan yığmasına qalib gəlib
Millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Monqolustan yığması ilə qarşılaşıb. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində son oyununu martın 25-də, saat 20:00-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Baş Sponsor 
Partnyorlar