Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşan millimiz 0-2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turnirdə 7 və 8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.