Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0-1 hesabı ilə məğlub olub. U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına qarşı keçirəcək.