17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə son oyununu keçirib.
Millimiz 7-ci yer uğrunda oyunda Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Komandamızın heyətində İslam Həsənov fərqlənib.
Qeyd edək ki, millimiz turnirin qrup mərhələsində Belarusun U-18 (0:2), Rusiyanın U-17 (0:1) və Özbəkistanın U-18 (0:2) komandaları ilə qarşılaşıb.