az en
News / Millimizin heyətində daha bir itki

Millimizin heyətində daha bir itki

A Milli Dərc olundu: 06.09.2021 Çap
Dünya çempionatının seçmə mərhələsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində daha bir itki qeydə alınıb.
 
Millimizin heyətində daha bir itki
Sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya – Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin (“Minay” FK, Ukrayna) sabah keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.
 
Baş Sponsor 
Partnyorlar