AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA fitnes B lisenziya və diplomların təqdimetmə tədbiri keçirilib.
Tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Texniki direktor Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov iştirak ediblər. Onlar iştirakçılara lisenziya və diplomla yanaşı, Cahangir Həsənzadə, Aslan Kərimov və Osman Rəhimovun müəllifi olduqları “AFFA-nın İstedadların İnkişafı Proqramı” tədris vəsaitini təqdim ediblər.