az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 12.08.2022 Çap
05.08.2022-ci il tarixində Misli Premyer Liqasının I turunun “Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 51.1).
 
İntizam Komitəsinin qərarları
05.08.2022-ci il tarixində Misli Premyer Liqasının I turunun “Kəpəz” – “Zirə” oyununun 83-cü dəqiqəsində “Zirə” klubunun 44 nömrəli futbolçusu Dmitrios Çantakias qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1).
06.08.2022-ci il tarixində Misli Premyer Liqasının I turunun “Qarabağ” – “Səbail” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
08.08.2022-ci il tarixində Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz” klubunun 30 nömrəli futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).
 
Baş Sponsor 
Partnyorlar