az en
News / Premyer Liqa və I Liqa klub nümayəndələri ilə növbəti görüş

Premyer Liqa və I Liqa klub nümayəndələri ilə növbəti görüş

Lisenziya Dərc olundu: 02.02.2024 Çap
Bu gün AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti - III onlayn seminar təşkil olunub.
Premyer Liqa və I Liqa klub nümayəndələri ilə növbəti görüş
Seminarda azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər ilə əlil azarkeşlərlə bağlı əlaqəli olan yerli və xarici təşkilatlar, stadionlarda əlil azarkeşlər üçün infrastruktur və digər mövzular barəsində məlumat verilib. Əlil azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb.
Qeyd edək ki, keçirilmiş iclasda “Qarabağ” FK-nın nümayəndəsi Elnur Əliyev UEFA və FSE (Football Supporters Europe) tərəfindən azarkeşlərlə əlaqələndirici şəxslər üçün keçirilmiş iclasda baş vermiş hadisələri və təşkilatın gələcək planları haqqında bəhs edib.
 
Baş Sponsor 
Partnyorlar