az en
News / “Qarabağ” böyükhesablı qələbə qazanıb (fotoreportaj)

“Qarabağ” böyükhesablı qələbə qazanıb (fotoreportaj)

Çempionlar Liqası Dərc olundu: 19.07.2023 Çap
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün turnirin birinci təsnifat mərhələsinin cavab oyununda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb. 
“Qarabağ” böyükhesablı qələbə qazanıb (fotoreportaj)
Bakı Olimpiya Stadionunda keçirilmiş oyun 4:0 hesabı ilə təmsilçimizin xeyrinə nəticələnib. “Qarabağ”ın qollarını 7-ci dəqiqədə Abdullah Zubir, 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə, 49-cu dəqiqədə Redon Cica və 62-ci dəqiqədə Marko Yankoviç vurub. Təmsilçimiz iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə vəsiqə qazanıb. “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 26-da səfərdə keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar