UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. “Oriel Park” stadionunda “Dundalk”la qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın heyətində Mahir Emreli fərqlənib.
Bu komandalar arasında cavab oyunu iyulun 31-də, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.