az en
News / “Qarabağ”dan tarixi qələbə

“Qarabağ”dan tarixi qələbə

UEFA, Çempionlar Liqası Dərc olundu: 17.09.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ilk oyununa çıxıb. Komanda Portuqaliyanın “Benfika” kollektivinin qonağı olub. Lissabondakı “Da Luş” stadionunda keçirilən görüşün startında meydan sahibləri ardıcıl iki qol vursa da, Qurban Qurbanovun yetirmələri geridönüş etməyə müvəffəq olublar.
“Qarabağ”dan tarixi qələbə
Leandro Andrade 30, Kamilo Duran 48 və Aleksey Kaşuk 86-cı dəqiqədə fərqlənərək, “Qarabağ”a 3:2 hesablı səfər qələbəsi qazandırıblar. Bu, Azərbaycan klub tarixində Çempionlar Liqasının əsas mərhələsində qazanılan ilk qalibiyyət olub.
Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək.
Baş Sponsor