az en
News / “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib

Çempionlar Liqası Dərc olundu: 21.06.2023 Çap
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşib
Bu turnirdə ölkəmizi təmsil edəcək “Qarabağ” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 25-26 iyul, cavab görüşləri isə 1-2 avqust tarixlərində keçiriləcək. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanacağı təqdirdə ilk oyununu səfərdə keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar