az en
News / "Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq"

"Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq"

FİFA Dərc olundu: 21.03.2024 Çap
“FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Monqolustan oyunundan öncə təşkil edilən mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov və futbolçu Bəhlul Mustafazadənin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
"Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq"
Arif Əsədov: “İlk növbədə xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün millidən ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər, matçlara fərqli taktiki gedişlərlə çıxaq”.
 
Bəhlul Mustafazadə: "Fərqli futbol mədəniyyəti olan komanda ilə oynayacağıq. Yaxşı təcrübə olacaq. Hər şey qaydasında gedir, plana uyğun çalışmalarımızı davam etdiririk. Qarşıdakı 2 matçda həm yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq". 
 
Baş Sponsor 
Partnyorlar