Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxıb. Komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olub.
Kişineudakı “Zimbru” stadionunda keçirilən görüş “Sabah”ın 2:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin qalibiyyət qollarını 82-ci dəqiqədə Pavol Şafranko və 90-cı dəqiqədə Kahim Parris vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək.