az en
News / Tender elan olunur

Tender elan olunur

AFFA Dərc olundu: 23.07.2021 Çap
Şamaxı şəhər stadionunun yenidənqurma işləri çərçivəsində stadionda 630kvA-lıq KTP-nin, 275kvA-lıq kabinli dizel generatorunun və stabilizatorların quraşdırılması ilə bağlı AFFA tender elan edir.
 
Tender elan olunur
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
 
Tender müddəti: 30 iyul 2021-ci il, saat 18:00
İşin təhvil tarixi: 30 avqust 2021-ci il
Ödəniş: iş başladıqdan sonra 50%, iş tam təhvil verildikdən sonra 60 gün müddətinə 50%
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
AFFA-nın tender qaydaları
 
Baş Sponsor 
Partnyorlar