az en
News / “Təəssüf ki, istədiyimiz oyun alınmadı”

“Təəssüf ki, istədiyimiz oyun alınmadı”

U-17 Dərc olundu: 13.05.2022 Çap
UEFA İnkişaf turniri çərçivəsində bu gün Gürcüstanda keçirilmiş Azərbaycan – Zambiya oyunundan sonra U-17 milli komandasının baş məşqçisi Elxan Abdullayev səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: 
“Təəssüf ki, istədiyimiz oyun alınmadı”
“Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi. İlk dəfədir ki millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədir. Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi”.
 
Baş Sponsor 
Partnyorlar