az en
News / "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"

"Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"

Region liqası Dərc olundu: 22.05.2025 Çap
"Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
"Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"
"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".
Baş Sponsor