az en
News / Bu gün saat 20:30: “Qarabağ” – APOEL

Bu gün saat 20:30: “Qarabağ” – APOEL

Çempionlar Liqası Dərc olundu: 13.08.2019 Çap
UEFA Çempionlar Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi (ilk oyun 2:2) ilə görüşəcək.
 
 
Bu gün saat 20:30: “Qarabağ” – APOEL
“Qarabağ” – APOEL
İlk oyun: 2:1
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:30
Baş hakim: Daniel Siebert
Baş hakimin köməkçiləri: Jan Seidel, Lasse Koslovski
Dördüncü hakim: Martin Petersen
(Hakimlər briqadası Almaniyadandır)
 
Baş Sponsor 
Proyekt Partnyorları