az en
News / Təmsilçilərimizin rəqibləri bəlli olub

Təmsilçilərimizin rəqibləri bəlli olub

Avropa Liqası Dərc olundu: 18.06.2019 Çap
2019/2020-ci il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib. 
 
Təmsilçilərimizin rəqibləri bəlli olub
Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Moldovanın “Speranta Nisporeni”, “Səbail” isə Rumıniyanın “Universitatea Krayova 1948” komandası ilə qarşılaşacaq. "Səbail" komandası ilk oyununu doğma meydanda, "Neftçi" isə səfərdə keçirəcək. Ölkə kubokunun qalibi “Qəbələ” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Birinci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.  
 
Baş Sponsor 
Partnyorlar