az en
Xəbərlər
AFFA rəhbərliyi FIFA-nın Konqresində 17.05.2024
Bu gün Tailandın paytaxtı Banqkokda FİFA-nın 74-cü Konqresi keçirilir. Tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak edirlər.
Apellyasiya Arbitraj Tribunalının qərarları 16.05.2024
1. Şikayətçi "Turan Tovuz" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. 
 
2. 05.05.2024-cü il tarixdə Misli Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 5 nömrəli futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması, “Turan Tovuz” klubunun 3000 manat cərimə edilməsi (maddə 40.3) barədə AFFA İntizam Komitəsinin 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
 
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
 
İntizam Komitəsinin qərarları 16.05.2024
10.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXIV turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində “Kəpəz” klubunun 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kəpəz” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
Baş Sponsor 
Partnyorlar