az en
News / AFFA-nın əməkdaşları Xorvatiyada seminarda (fotolar)

AFFA-nın əməkdaşları Xorvatiyada seminarda (fotolar)

Seminar Dərc olundu: 15.05.2024 Çap
Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolda dəyişkən oyun formatları və oyunçunun karyera yolu” mövzusunda seminar keçirilir.
AFFA-nın əməkdaşları Xorvatiyada seminarda (fotolar)
12-16 may tarixlərini əhatə edən və 15 ölkənin (Azərbaycan, Xorvatiya, Çexiya, Farer Adaları, Macarıstan, Lüksemburq, Şimali İrlandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə və Ukrayna) qatıldığı seminarda AFFA-nın əməkdaşları – Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Futbolda Sosial Məsuliyyət meneceri Kifayət Mustafayeva və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirak edirlər.
Seminarda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu və digər mövzular haqqında müzakirələr aparılır.
 
Baş Sponsor 
Partnyorlar