az en
News / Klublara maarifləndirici seminarlar keçirilib (fotolar)

Klublara maarifləndirici seminarlar keçirilib (fotolar)

Seminar Dərc olundu: 05.03.2026 Çap
AFFA-nın dəstəyi ilə həyata keçirilən “Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində futbol mühitində təhlükəsiz, inklüziv və uşaqların hüquqlarına hörmət edən mühitin formalaşdırılması məqsədilə Bakıda fəaliyyət göstərən futbol klublarında maarifləndirici seminarlar təşkil olunur.
Klublara maarifləndirici seminarlar keçirilib (fotolar)
Bu ay ərzində “Sumqayıt”, “Qarabağ”, “Səbail” və “Difai”nin futbolçularına seminarlar keçirilib. Görüşlərdə ümumilikdə 100-dən artıq gənc futbolçu iştirak edib. Təlimlər layihənin mentoru və Təhsil Nazirliyinin layihə əsaslı eksperti Ofeliya Qafarova tərəfindən aparılıb.
Seminarların təşkilində əsas məqsəd futbol fəaliyyətlərində iştirak edən uşaqların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin yaradılması, məşqçilər, müəllimlər və gənc idmançılar arasında “safeguarding” (uşaqların müdafiəsi) prinsipləri barədə məlumatlılığın artırılmasıdır. Tədbirlər zamanı iştirakçılara uşaqların hüquqları, təhlükəsiz davranış standartları, riskli halların tanınması və belə vəziyyətlərdə düzgün müraciət mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.
Layihə çərçivəsində Bakının digər məktəblərində və futbol klublarında da seminarların keçirilməsi planlaşdırılır. Bu təşəbbüs uşaqların fiziki və psixoloji rifahının qorunmasına, eləcə də futbol mühitində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir.
 
Baş Sponsor