az en
News / Gürcüstan millisi ilə oyunlar ləğv olunub

Gürcüstan millisi ilə oyunlar ləğv olunub

U-17 Dərc olundu: 17.05.2024 Çap
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.
Gürcüstan millisi ilə oyunlar ləğv olunub
Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq. Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.
U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.
Baş Sponsor 
Partnyorlar