az en
News / Mətbuat xidməti əməkdaşları üçün seminar (fotoreportaj)

Mətbuat xidməti əməkdaşları üçün seminar (fotoreportaj)

Seminar Dərc olundu: 14.05.2024 Çap
Bu gün AFFA və PFL-in təşkilatçılığı ilə “Bulvar Marriott Hotel"də mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib.
Mətbuat xidməti əməkdaşları üçün seminar (fotoreportaj)
Məşğələlərdə Misli Premyer Liqasında və I Liqada mübarizə aparan klubların, həmçinin AFFA və PFL-in mətbuat xidmətinin əməkdaşları iştirak ediblər.
Seminarda ilk olaraq PFL-in texniki-idman direktoru Elgiz Abbasov çıxış edərək, stadionlarda media infrastrukturu, media yanaşma, miks zonalar, televiziya yayımı ilə bağlı problmlər barədə məlumat verib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli federasiya ilə klublar arasında media münasibətlərindən, PFL-in media və marketinq direktoru Sənan Abdullayev isə oyunlardan sonra mətbuat konfransları və miks zonalar zamanı yaranmış problemlərdən söz açıblar.
AFFA Oyun Əməliyyatları Departamentinin rəhbəri Emin Cəfərov AFFA nümayəndəsinin media ilə bağlı işlər zamanı apardığı qeydləri sadalayıb, ölkədaxili yarışlar zamanı ən çox rast gəlinən narahatlıqları nəzərə çatdırıb.
AFFA-nın Lisenziyalaşdırma Departamentinin rəhbəri Elçin Məmmədov stadionlarda hazırlıq və media nümayəndələrinin davranış planlaması ilə bağlı Avropa təcrübəsi, eləcə də lisenziyalaşdırma zamanı media tələbləri haqqında fikirlərini bölüşüb.
“CBC Sport” televiziyasının proqram direktoru Rüstəm Əfsərli yayım prosesi zamanı ortaya çıxan çətinliklərdən bəhs edib və klub nümayəndələrinin yayımçı şirkətlə əlaqələri ilə bağlı qeydlərini bildirib.
Müxtəlif mövzularda diskussiyalar aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar