az en
News / AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər

AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər

Lisenziya Dərc olundu: 14.02.2024 Çap
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.
AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edirlər
Fevralın 15-dək davam edəcək seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.
 
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
 
•  Niderlandda Lisenziyalaşdırma sisteminin inkişafı;
•  Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
•  Lisenziar olan Milli Assosiasiyaların sertifikasiyası;
•  UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;
•  Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;
• UEFA-nın Milli Assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;
•  Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
 
Baş Sponsor 
Partnyorlar