az en
News / AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər

AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər

Lisenziya Dərc olundu: 06.09.2025 Çap
AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin əməkdaşları UEFA Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər.
AFFA-nın əməkdaşları UEFA nümayəndələri ilə görüşüblər
Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüşdə AFFA-nın Lisenziya və qeydiyyat departamentinin rəhbəri Seymur Səlimli, Qeydiyyat və statistika şöbəsinin rəisi Seyran Kərimli iştirak ediblər. Tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib. Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Baş Sponsor