az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.08.2025 Çap
23.08.2025-ci il tarixində Misli Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” klubunun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan-Yevlax” klubu 1500 manat cərimə edilsin (maddə 83.2);
AFFA İntizam Komitəsinin qərarları
24.08.2025-ci il tarixində Misli Premyer Liqasının II turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
 
23.08.2025-ci il tarixində Əvəzedicilər liqasının II turunun “Neftçi-2” – “Şamaxı-2” oyununun 69-cu dəqiqəsində “Neftçi-2” komandasının 57 nömrəli futbolçusu Mirşahbaz Şahbazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
 
25.08.2025-ci il tarixində Əvəzedicilər liqasının II turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
25.08.2025-ci il tarixində Əvəzedicilər liqasının II turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 52-ci dəqiqəsində “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilsin (maddə 86.3);
 
25.08.2025-ci il tarixində Əvəzedicilər liqasının II turunun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
26.08.2025-ci il tarixində Əvəzedicilər liqasının II turunun “Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Elnur Mustafayevin formasında nömrəsi sifariş ərizəsindəki nömrəsindən fərqli olduğuna görə “Qəbələ-2” komandası 300 manat cərimə edilsin (maddə 83.3).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor