az en
News / “Qarabağ”dan tarixi uğur

“Qarabağ”dan tarixi uğur

Çempionlar Liqası Dərc olundu: 27.08.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində cavab oyununa çıxıb. Komanda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edib.
“Qarabağ”dan tarixi uğur
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində qolları 25-ci dəqiqədə Leandro Andrade və 45-ci dəqiqədə Abdullah Zubir vurublar.
Macarıstanda baş tutan ilk matçda 3:1 hesabı ilə qalib gələn “Qarabağ” iki oyunun cəmində rəqibini 5:4 hesabı ilə üstələyərək, tarixi uğura imza atıb. Azərbaycan çempionu Çempionlar Liqasının 2017/2018-ci illər mövsümündən sonra ikinci, yeni formatda isə ilk dəfə əsas mərhələyə - Liqa mərhələsinə yüksəlib.
Qeyd edək ki, avqustun 28-də Liqa mərhələsinin püşkü atılacaq.
Baş Sponsor