az en
News / Bu gün saat 20:45: “Qarabağ” - “Ferensvaroş”

Bu gün saat 20:45: “Qarabağ” - “Ferensvaroş”

Çempionlar Liqası Dərc olundu: 27.08.2025 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində cavab oyununa çıxacaq. Komanda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edəcək.
Bu gün saat 20:45: “Qarabağ” - “Ferensvaroş”
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq. Fransadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Macarıstanda baş tutan ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.
 
27 avqust
 
“Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45
Baş hakim: Kleman Turpin
Baş hakimin köməkçiləri: Nikolya Danos, Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR: Jerom Brisar
AVAR: Nikolya Renvill
(Hakimlər briqadası Fransadandır)
Baş Sponsor