az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 18.09.2025 Çap
13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin, “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 49);
AFFA İntizam Komitəsinin qərarları
13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);
 
13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
14.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “Şamaxı” – “Karvan-Yevlax” oyununda “Şamaxı” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
14.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “Neftçi” – “Sabah” oyununun 45+2-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 3000 manat cərimə edilsin (maddə 86.3);
 
14.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “Neftçi” – “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununun 69-cu dəqiqəsində “Ağdaş” komandasının heyətində 21 nömrəli futbolçu Eşqin Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
 
15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Ağdaş komandası” 100 manat cərimə edilsin (61.2);
 
15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununun 62-ci dəqiqəsində “Kür-Araz” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Göygöl” komandasının azarkeşləri meydançaya daxil olduğuna görə “Göygöl” komandası 250 manat cərimə edilsin (maddə 86.3);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (61.2);
 
16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 59.2).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor