az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 25.11.2025 Çap
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
 
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
 
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra “Karvan-Yevlax” komandasının 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyun oyuna buraxılmasın (maddə 99, 94, 88)
 
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt” komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5,17.7);
 
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
 
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
 
23.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə “Sabah” komandasına xəbərdarlıq edilsin (maddə 20);
 
20.11.2025-ci il tarixində I Liqada VIII turun “Zaqatala” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
21.11.2025-ci il tarixində I Liqada VIII turun “Baku Sportinq” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
21.11.2025-ci il tarixində I Liqada VIII turun “Baku Sportinq” – “Səbail” oyununun 90+4-cü dəqiqəsində “Səbail” komandasının 39 nömrəli futbolçusu Sadiq Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
21.11.2025-ci il tarixində I Liqada VIII turun “Baku Sportinq” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” komandası 750 manat cərimə edilsin (maddə 86.3);
 
21.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 74-cü dəqiqəsində “Qarabağ-2” komandasının 79 nömrəli futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
22.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XI turun “Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (43.1);
 
22.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XI turun “Neftçi-2” – “Sumqayıt-2” oyununun 49-cu dəqiqəsində “Sumqayıt-2” komandasının 66 nömrəli futbolçusu Ruslan Əliyev hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 700 manat cərimə edilsin (maddə 45.3, 11);
 
24.11.2025-ci il tarixində Əvəzedicilər liqasında XI turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
 
22.11.2025-ci il tarixində AFFA  U-12 Qızlar Liqasının “Goranboy OİK-Azəri (Gəncə)” oyununa Azəri (Gəncə) komandası gəlmədiyi üçün oyun Azəri (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Azəri (Gəncə) komandasının 3-cü dəfədir ki oyunlara gəlmədiyinə görə komanda yarışlardan kənarlaşdırılsın (maddə 79.4)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor