08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
08.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz” komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilsin (maddə 86.3);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
09.11.2025-ci il tarixində Misli Premyer Liqasında XI turun “Qarabağ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununun 63-cü dəqiqəsində “Mingəçevir” komandasının baş məşqçisi Ramiz Məmmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 51.1);
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);
05.11.2025-ci il tarixində I Liqada VII turun “Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
06.11.2025-ci il tarixində I Liqada VII turun “Şahdağ Qusar” – “Şimal” oyununun 90+3-cü dəqiqəsində “Şimal” komandasının 14 nömrəli futbolçusu Sabir Əlişan qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şimal” komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
06.11.2025-ci il tarixində I Liqada VII turun “Difai” – “Zaqatala” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
10.11.2025-ci il tarixində II Liqada VIII turun “Ağdaş” – “Xankəndi” oyununun fasiləsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
10.11.2025-ci il tarixində II Liqada VIII turun “Kür-Araz” – “Sheki City” oyununda “Kür-Araz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
11.11.2025-ci il tarixində II Liqada VIII turun “Göygöl” – “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
11.11.2025-ci il tarixində II Liqada VIII turun “Göygöl” – “Qaradağ Lökbatan” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Şamaxı-2” – “Neftçi-2” oyununda “Şamaxı-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Şamaxı-2” – “Neftçi-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şamaxı-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 44-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5,17.7);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 35 nömrəli futbolçusu Rəvan Məşiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5,17.7);
09.11.2025-ci il tarixində Əvəzedicilər Liqasında X turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununun 85-ci dəqiqəsində “Qarabağ-2” komandasının 75 nömrəli futbolçusu Emil Binyətzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 800 manat cərimə edilsin (maddə 17.5,17.7);
8 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Qobustan FK-Əmirli FK oyununda Əmirli FK komandasının heyətində N8 futbolçu Vamiq Vəkilxanlı qarşılaşmanın 87-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 51.2).
9 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən VT Gəncə-Xocalı PFK oyununda Xocalı PFK komandasının heyətində N10 futbolçu Amil Mamedov qarşılaşmanın 90-cu dəqiqəsində təcavüzkar davranışa (hakimi vurmağa cəhd etdiyinə) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (maddə 11 və 45.3)
9 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Aran FK(Beyləqan) oyununda Ağsu Siti komandasının heyətində N13 futbolçu Şamil Abbaszadə qarşılaşmanın 25-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (maddə 44.1)
8 noyabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Zəfər 44-Naxçıvan FK oyunu Zəfər 44 komandası ev sahibi kimi öhdəlikləri icra etmədiyinə görə oyun baş tutmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Şəfəq FK-Goranboy FK oyununda Şəfəq FK komandasının heyətində N10 futbolçu Ravil Yusifli qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 45.1)
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Şəfəq FK-Goranboy FK oyununda qarşılaşmanın 89-cu dəqiqəsində Goranboy FK-nın heyətində N22 futbolçu Oqtay Məmmədov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 52.3)
8 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İnşaatçı PİK- Capital Baku oyununda İnşaatçı PİK komandasının heyətində N3 futbolçu Suad Əliyev qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 44.1)
8 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İnşaatçı PİK - Capital Baku oyununda qarşılaşmanın 71-ci dəqiqəsində Capital Baku komandasının heyətində N9 futbolçu Emin Şəfiyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 44.1)
8 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N3 futbolçu Sahib Xəlilli qarşılaşmanın 86-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 17.5)
9 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy-Sabah FK oyununda European Football Academy komandasının heyətində N7 futbolçu Elmixan Nəbizadə qarşılaşmanın 87-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 44.1)
9 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy-Sabah FK oyununda qarşılaşmanın 87-ci dəqiqəsində Sabah FK komandasının heyətində N9 futbolçu İmran Mirzəyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (maddə 44.1)
9 noyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy-Sabah FK oyununda qarşılaşmanın 87-ci dəqiqəsində Sabah FK komandasının heyətində N24 futbolçu Nihad Cəfərzadə hakimin icazəsi olmadan meydanın tərk etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (Maddə 17.5)
8 noyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Ulduz Futbol Akademiyası-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N24 futbolçu Cavad Yusifli qarşılaşmanın 78-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 17.5)
9 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Xudat City FA-Siyəzən oyununda Xudat City FA komandasının baş məşqçisi Mehran Vəlixanov qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı və qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (maddə 51.1 və 52.4)
1 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Qazax Siti-Yasamal FM oyununda Yasamal FM komandasının heyətində N30 futbolçu Turqay Qasımov qarşılaşmanın 36-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
9 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Avey(Ağstafa)-Ağstafa Gəncləri oyununda Ağstafa Gəncləri komandasının heyətində N9 futbolçu Zamiq Kərimli qarşılaşmanın 30-cu dəqiqəsində komanda yoldaşlarını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (maddə 52.3)
8 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Qaradağ Lökbatan FK-Modern FC oyununda Modern FC komandasının heyətində N81 futbolçu Novruzzadə Rafael qarşılaşmanın 14-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (maddə 46)
9 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şirvan OİK-Hacıqabul oyununda Hacıqabul komandasının heyətində N30 futbolçu Yusif Əliyev qarşılaşmanın 45-ci dəqiqəsində təcavüzkar davranışa (komanda yoldaşını vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (maddə 45.1)
9 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Yasamal FM-Şəmkir FK oyununda Şəmkir FK komandasının baş məşqçisi Əli Əhmədov qarşılaşmanın 50-ci dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (maddə 52.4)
8 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Mübariz FA-Azart oyununda Mübariz FA komandasının heyətində N4 futbolçu Abbasağa Abbasov qarşılaşmanın 56-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 44.1)
8 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Mübariz FA-Azart oyununda qarşılaşmanın 56-cı dəqiqəsində Azart komandasının heyətində N24 futbolçu Zakir Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 44.1)
8 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zirvə FK-Record Club oyununda Record Club komandasının heyətində N4 futbolçu Saleh Məhərrəmli qarşılaşmanın 54-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
9 noyabr 2025-ci il AFFA U-12 Liqasında keçirilməli olan Kəpəz PFK-Qoşqar oyunu Qoşqar komandası oyuna yetersay gəlmədiyi üçün oyun baş tutmadığı üçün Qoşqar komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 50)
9 noyabr 2025-ci il AFFA U-12 Liqasında keçirilməli olan Difai FK-Kürdəmir FK oyunu Difai FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığına və Difai FK komandası artıq 3-cü dəfədir oyuna gəlmədiyi üçün komanda yarışlardan kənarlaşdırılsın (maddə 79)
8 noyabr 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən Xan FK-Yeni Bakı oyununda Yeni Bakı komandasının baş məşqçisi Rəşad Muradov qarşılaşmanın 50-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
06.11.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Sabah FK” oyunundan sonra Sabah FK komandasının №4 oyunçusu Fatimə Əhmədova hakimin qərarına etiraza görə qırmızı vərəqə aldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (maddə 51.1)
06.11.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Sabah FK” oyunundan sonra Sabah FK komandasının baş məşqçi Mehdi İbrahimov oyundan sonra hakimin qərarına kəskin etiraza görə qırmızı vərəqə aldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (maddə 51.1)
06.11.2025 tarixində AFFA Yüksək Qızlar liqasında “Dirçəliş FK - Araz-Naxçıvan PFK” oyunu zamanı Araz-Naxçıvan PFK komandasının №13 oyunçusu Rabiyə Mustafayeva oyunun 18-ci dəqiqəsində söz və ya hərəkətlə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və 33-cü dəqiqədə oyun qaydalarının sistematik şəkildə pozulmasına görə 2-ci sarı vərəqə (nəticədə qırmızı vərəqə) alaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 17.5)
10.11.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Zaqatala QFK-Liman UFK” oyununun Zaqatala QFK komandası oyuna yetersay gəlmədiyi üçün oyun baş tutmadığı üçün Zaqatala QFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 50)
09.11.2025 tarixində AFFA U-16 Qızlar liqasında “Alekseyevka” (Quba) – “Şəfa” FK oyunu zamanı “Alekseyevka” (Quba) komandasının baş məşqçisi Vüqar Məmmədov oyunun 41-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və etirazlarına davam edərək oyunun baş hakimi tərəfindən 2-ci sarı vərəqə (nəticədə qırmızı vərəqə) ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 51.2)
10.11.2025-ci il tarixində AFFA U-14 Qızlar Liqasının “Mil-Muğan (İmişli)-Çinar (Göyçay)” oyununda Mil-Muğan (İmişli) komandası protokoldan kənar oyunçularla oyuna gəldiyi, eyni zamanda yetərsay düzəlmədiyindən oyun baş tutmadığı üçün Mil-Muğan (İmişli) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 50)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.