az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.11.2025 Çap
01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
 
02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
31.10.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
31.10.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Qarabağ-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
 
01.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
 
01.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda oyun günü planı pozulduğuna görə matç gec başladığı üçün “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1);
 
03.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
03.11.2025-ci il tarixində II Liqada VII turun “Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan” komandasının 60 nömrəli futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
03.11.2025-ci il tarixində II Liqada VII turun “Sheki City” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
03.11.2025-ci il tarixində II Liqada VII turun “Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
04.11.2025-ci il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
02.11.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sabah FK-Baku Juniors” oyununun Sabah komandası Əsasnaməyə uyğun yaş limitini pozduğuna, start heyətində 2010-cu il təvəllüdlü oyunçu olmadan oyuna başladığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 50)
 
01.11.2025-ci il tarixində AFFA U-14 Qızlar Liqasında “Ümid” (Gəncə) – “Atiq” FK oyunu “Ümid” (Gəncə) komandasının oyuna qeyd olunan vaxtda gəlmədiyinə görə baş tutmadığı üçün “Ümid” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərəş Sporting FK-Naftalan FK oyununda Naftalan FK komandasının baş məşqçisi Xəyal Abdullayev qarşılaşmanın 55-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etməsinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
1 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Karma FK-Tərtər PFK oyunu bitdikdən sonra Karma FK komandasının heyətində N44 futbolçu Cabbar Hacıyev təcavüzkar davranışlarına görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Karma FK-Tərtər PFK oyunu bitdikdən sonra Tərtər PFK komandasının heyətində N9 futbolçu Məhəmməd Paşazadə təcavüzkar davranışlarına görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Araz(İmişli)-Murov Kəlbəcər oyununda Murov Kəlbəcər komandasının heyətində N3 futbolçu Samir Qəhrəmanov qarşılaşmanın 59-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
2 noyabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Əmirli FK-Çinar Zəngilan FK oyunu qarşılaşmanın 55-ci dəqiqəsində Təcili Tibbi Yardım meydanda olmadığı üçün dayandırıldığı üçün Əmirli FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.5)
 
2 noyabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Capital Baku FK-Mübariz FA oyunu qarşılaşmanın 2-ci hissəsində polisin olmadığına görə dayandırıldığı üçün Capital Baku FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.5)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Xan Çinar FK oyununda Mərcanlı FK komandasının baş məqşçisi Əfqan Yusifov qarşılaşmanın 70-ci dəqiqəsində texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə və hakimi təhdid etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 53.3)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Xan Çinar FK oyununda qarşılaşmanın 70-ci dəqiqəsində Mərcanlı FK komandasının rəhbəri Azad Məmmədov qırmızı vərəqədən sonra tribunadan gələrək hakimin qərarına etiraz etdiyinə və hakimi təhdid etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 53.3)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan(Masallı)-Zəfər 44 oyununda Ərkivan(Masallı) komandasının heyətində N22 futbolçu Əli Əlizadə qarşılaşmanın 49-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan(Masallı)-Zəfər 44 oyununda qarşılaşmanın 51-ci dəqiqəsində Zəfər 44 komandasının heyətində N8 futbolçu Hüseyn Əsədullayev ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Neftçala FK- Salyan OİK oyununda Neftçala FK komandasının heyətində N17 futbolçu Nicat Həsənov qarşılaşmanın 64-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Neftçala FK- Salyan OİK oyununda qarşılaşmanın 64-cü dəqiqəsində Salyan OİK komandasının heyətində N66 futbolçu Murad Hüseynov ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
2 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Crystal FK-Qobustan FK oyunun Crystal FK komandasının baş məşqçisi Şahin Şahhüseyni qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyi üçün 4 (dörd) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4)
 
1 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərgünəş(Füzuli)- Zəngəzur FC oyununda Zəngəzur FC komandasının heyətində N11 futbolçu Haqverdi Həsənov qarşılaşmanın 89-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
1 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Dinamo (Bakı) oyununda Araz Naxçıvan PFK komandasının heyətində N22 futbolçu Əli Quliyev qarşılaşmanın 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4)
 
2 noyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Turan Tovuz oyununda Zirə PFK komandasının heyətində N3 futbolçu Pərvaz Məhərrəmli qarşılaşmanın 70-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 17.5)
 
25 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının protokolda adı qeyd edilməyən məşqçisi Asəf Qədirli qarşılaşmanın 86-cı dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 (dörd) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4)
 
1 noyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Qəbələ İK-Turan Tovuz FK oyununda Qəbələ İK komandasının heyətində N1 futbolçu Ömər Qafarlı qarşılaşmanın 52-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 46)
 
2 noyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy-Metak FK oyununda Metak FK komandasının heyətində N12 futbolçu Daud Aslanov qarşılaşmanın 28-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 46)
 
1 noyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən AZART-Neftçi İK İB oyununda Neftçi İK İB komandasının heyətində N16 futbolçu Məhdi Qurbanov qarşılaşmanın 79-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (maddə 46).
 
1 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən İCBFA-Neftçi İK İB oyununda Neftçi İK İB komandasının heyətində N10 futbolçu Qurban İbrahimov qarşılaşmanın 45-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 noyabr 2025-ci il AFFA U-13 Liqasında keçirilməli olan Ümid(Gəncə)-Azəri(Gəncə) oyununun Ümid(Gəncə) komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)
 
1 noyabr 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən Yasamal FM(Şəmkir)-Hünər FK oyununda Yasamal FM(Şəmkir) komandasının baş məşqçisi İsmayıl Nəsibov qarşılaşmanın 36-cı dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 51.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor