az en
News / Fransa millisinin heyəti açıqlanıb

Fransa millisinin heyəti açıqlanıb

Milli komandalar Dərc olundu: 06.11.2025 Çap
Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Fransa millisinin heyəti açıqlanıb
Baş məşqçi Didye Deşam D qrupunun son turları çərçivəsində noyabrın 13-də Parisdə Ukrayna, 16-da isə Bakıda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.
 
Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);
Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Nqolo Kante (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Uorren Zair-Emeri (PSJ);
Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Rayan Şerki (“Mançester Siti”, İngiltərə), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Randal Kolo Muani (“Tottenhem”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).
 
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Baş Sponsor