az en
News / FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb

UEFA Dərc olundu: 26.08.2026 Çap
E. Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “SK Rapid” (Avstriya) – “Harts” (Şotlandiya) qarşılaşmasının baş hakimi olacaq.
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Fransalı Villi Delajo VAR, digər referimiz Nicat İsmayıllı isə VAR asistenti kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 26-sı Vyana şəhərində yerləşən “Weststadion” stadionunda keçiriləcək.
 
Baş Sponsor