Azərbaycan milli komandasının oktyabrın 1-də Lixtenşteyn yığması ilə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək:
1 oktyabr
Azərbaycan - Lixtenşteyn
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Kristian-Petru Çioxirka
Baş hakimin köməkçiləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam