az en
News / U-19 millimiz Serbiya yığması ilə üz-üzə gəlib

U-19 millimiz Serbiya yığması ilə üz-üzə gəlib

U-19 Dərc olundu: 14.11.2026 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümündə UEFA U-19 Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0-4 hesabı ilə məğlub olub. Görüş Pançevo şəhərində yerləşən “Mladost” İdman Kompleksində keçirilib.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 17-də Bakı vaxtı ilə saat 19:00-da Farer adaları yığmasına qarşı keçirəcək. Qarşılaşma Belqrad şəhərində yerləşən “Vojdovats” stadionunda baş tutacaq.
U-19 millimiz Serbiya yığması ilə üz-üzə gəlib
Baş Sponsor