az en
News / U-19 millimiz Monteneqro yığması ilə görüş keçirib

U-19 millimiz Monteneqro yığması ilə görüş keçirib

U-19 Dərc olundu: 11.11.2026 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümündə UEFA U-19 Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsində ilk oyununu keçirib.
U-19 millimiz Monteneqro yığması ilə görüş keçirib
Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2-7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Əli Əliyev 31-ci, Məhəmməd Çodarov isə 79-cu dəqiqədə fərqlənib. Görüş Belqrad şəhərində yerləşən “Vojdovaç Stadion”da keçirilib.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 14-də Bakı vaxtı ilə saat 19:00-da meydan sahibi Serbiya yığmasına qarşı keçirəcək. Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” İdman Kompleksində baş tutacaq.
Baş Sponsor