az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.10.2025 Çap
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı” komandasının 19 nömrəli futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);
AFFA İntizam Komitəsinin qərarları
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Şamaxı” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);
 
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün “Kəpəz” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);
 
17.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “İmişli” – “Qəbələ” oyununda “Qəbələ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
18.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Sumqayıt” – “Karvan-Yevlax” oyunu “Karvan-Yevlax” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Karvan-Yevlax” komandası 3000 manat cərimə edilsin (maddə 77.4)
 
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Neftçi” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
 
19.10.2025-ci il tarixində Misli Premyer Liqasında VIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 54.2);
 
15.10.2025-ci il tarixində I Liqada V turun “Səbail” – “Zaqatala” oyununda “Zaqatala” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində MOİK komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, MOİK komandası 2400 manat cərimə edilsin (maddə 52.3);
 
16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 58.1);
 
16.10.2025-ci il tarixində I Liqada V turun MOİK – “Cəbrayıl” oyununa təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK komandası 600 manat cərimə edilsin (maddə 57.2);
 
17.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun 37-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nicat Xasıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
 
17.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun 67-ci dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
18.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Turan Tovuz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
18.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununun 53-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 56 nömrəli qapıçısı Aftandil Arixov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 46);
 
18.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VII turun “Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Beyləqan FK-Araz(İmişli) oyununda Araz (İmişli) komandasının heyətində N93 futbolçu Ağasən Əsgərov qarşılaşmanın 53-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan(Masallı)-Lənkəran FK oyununda Ərkivan(Masallı) komandasının heyətində N13 futbolçu Mirbağır Əzimovun qarşılaşmanın 66-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ərkivan(Masallı)-Lənkəran FK oyununda Lənkəran FK komandasının heyətində N2 futbolçu Elvin Həşimlinin qarşılaşmanın 66-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
9 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İstiqlal FK-Olimpik Sabirabad FK oyununda Olimpik Sabirabad FK komandasının heyətində N20 futbolçu Bəhruz Əliyev qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Xəzər (Ağcabədi) FK oyununda Mərcanlı FK komandasının rəhbəri  Azad Məmmədov qarşılaşmanın 75-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 51.1)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Qaradağ Şıxlar FK oyununda Universal Football Academy komandasının heyətində N19 futbolçu Sahib Ağabəyov qarşılaşmanın 80-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Qobu PFK-Qobustan FK oyununda Qobustan FK komandasının heyətində N18 futbolçu Cavidan Babayev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Xıdırlı FK oyununda Viləş PFK komandasının heyətində N44 futbolçu Şəmsəddin Məmmədli qarşılaşmanın 83-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
19 oktyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Naftalan Gəncləri FK-Bərdə FK oyununda Naftalan Gəncləri FK komandasının heyətində N17 futbolçu Elçin Abdullayev qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 oktyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Turan Tovuz FK oyununda Qarabağ FK komandasının heyətində N3 futbolçu Amin Rzayev qarşılaşmanın 58-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 oktyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Turan Tovuz FK oyununda Qarabağ FK komandasının heyətində N8 futbolçu Əli Qazıbəyov qarşılaşmanın 86-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 44.1)
 
18 oktyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N18 futbolçu Vidadi Kərimli qarşılaşmanın 47-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 oktyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Qəbələ İK-Neftçi PFK oyununda Neftçi PFK komandasının köməkçi məşqçisi Samir Zərgərov qarşılaşmanın 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı)-Şəfa FK oyununda Şəfa FK komandasının heyətində N1 futbolçu Raquf Həsənov qarşılaşmanın 60-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 44.1)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Lion PFK-Neftçi PFK oyununda Lion PFK komandasının heyətində N4 futbolçu Kamandar Cəfərov qarşılaşmanın 21-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1).
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Lion PFK-Neftçi PFK oyununun 21-ci dəqiqəsində Neftçi PFK komandasının heyətində N9 futbolçu Qabil Kərimlinin rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.3).
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Sabah FK oyununda Sabah FK komandasının heyətində N6 futbolçu Hafiz Səfərli qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Sabah FK oyununda qarşılaşma bitdikdən sonra Zirə PFK komandasının heyətində N1 futbolçu Murad Muradov rəqibi yumruqla vurduğuna görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Sabah FK oyununda qarşılaşma bitdikdən sonra Sabah FK komandasının heyətində N29 futbolçu Rəvan Quliyev rəqibi yumruqla vurduğuna görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 (üç) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Sabah FK oyununda Sabah FK komandasının azarkeşləri hakimləri və rəqib komandanın oyunçularını təhqir etdiyi üçün Sabah FK komandasına xəbərdarlıq edilsin (maddə 20);
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy-Sumqayıt FK oyununda Sumqayıt FK komandasının heyətində N1 futbolçu Xəqani Abbaslı qarşılaşmanın 84-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Kürdəmir FK-Çinar(Göyçay) oyununda Çinar(Göyçay) komandasının heyətində N4 futbolçu Qədir Məmmədovun qarşılaşmanın 10-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Kürdəmir FK-Çinar(Göyçay) oyununda Kürdəmir FK komandasının heyətində N1 futbolçu Rəsul Zərbalıyevin qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Gəncə-Kəpəz PFK oyununda Gəncə komandasının heyətində N4 futbolçu Timur Quliyev qarşılaşmanın 36-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 46)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Quba FK-Metak FK oyununda Quba FK komandasının baş məşqçisi Elnur Mirzəyev qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 51.1)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Quba FK-Metak FK oyununda Quba FK komandasının heyətində N17 futbolçu Nihad Allahverdiyev qarşılaşmanın 75-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4).
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Quba FK-Metak FK oyununda Quba FK komandasının heyətində N2 futbolçu Ələziz Mirzəyev qarşılaşma bitdikdən sonra hakimə qeyri-etik jestlər göstərdiyinə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 52.4).
 
18 oktyabr 2025-ci il AFFA U-14 Liqasında keçirilməli olan Lokomotiv (Ucar)-Difai oyunu Difai komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Difai komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Kavkaz (Qusar) - Siyəzən oyununda Kavkaz (Qusar) komandasının baş məşqçisi Elman Eldarov qarşılaşmanın 17-ci dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın (maddə 52.4)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Universal Football Academy-Xudat City FA oyunu bitdikdən sonra Universal Football Academy komandasının heyətində N9 futbolçu Hikmət Abdullazadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun oyuna buraxılmasın (maddə 52.3)
 
18 oktyabr 2025-ci il AFFA U-13 Liqasında keçirilməli olan Həkəri (Qubadlı)-Polad FK oyunu Polad FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Polad FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Sərhədçi PİK-Zəfər PFK oyununda Sərhədçi PİK komandasının heyətində N26 futbolçu İbrahim Miyabi qarşılaşmanın 47-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun oyuna buraxılmasın (maddə 52.3)
 
18 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Sərhədçi PİK-Zəfər PFK oyununda Zəfər PFK komandasının heyətində N3 futbolçu Uğur Xələfzadə qarşılaşmanın 47-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun oyuna buraxılmasın (maddə 52.3)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şəki FK-Zaqatala Siti oyununda Şəki FK komandasının heyətində N10 futbolçu Hünər Səmədli qarşılaşmanın 49-cu dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şəki FK-Zaqatala Siti oyununda Zaqatala Siti komandasının heyətində N3 futbolçu Xəyal Ramazanlının qarşılaşmanın 59-cu dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 17.5)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Azəri Uşaq FK-Ümid (Cəlilabad) oyununun 15-ci dəqiqəsində Ümid (Cəlilabad) komandasının baş məşqçisi Elçin Əsgərov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 47.1)
 
19 oktyabr 2025-ci il AFFA U-10 Liqasında keçirilməli olan PFA-MOİK oyunu PFA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına və bu hal 3-cü dəfə yaşandığına görə PFA komandası yarışlardan kənarlaşdırılsın (maddə 79)
 
19 oktyabr 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən Dostluq FK-Dinamo Laçın oyununun 47-ci dəqiqəsində Dinamo Laçın komandasının baş məşqçisi Pərviz Ağayev hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 51.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor