03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 17.7);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilsin (maddə 68);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);
04.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
05.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
01.10.2025-ci il tarixində I Liqada IV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” klubu 210 manat cərimə edilsin (maddə 43.1);
02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “MOİK klubu 210 manat cərimə edilsin (maddə 43.1);
02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK komandasının 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, MOİK klubu 150 manat cərimə edilsin (maddə 17.7).
5 oktyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Qarabağ FK-Ulduz Futbol Akademiyası oyununda Ulduz Futbol Akademiyası komandasının heyətində N5 futbolçu Ayxan Qurbanzadə qarşılaşmanın 50-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
4 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Kürdəmir FK-Şamaxı FK oyununun 1-ci hissəsi bitdikdən sonra Kürdəmir FK komandası 2-ci hissəyə çıxmaqdan imtina etdiyinə görə Kürdəmir FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 77);
4 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Liman UFK-Neftçi İK İB oyununda UFK komandasının heyətində 10 nömrəli futbolçu Əbdürrəhman Əlizadə qarşılaşmanın 27-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
4 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Ulduz Futbol Akademiyası-Real Leon oyununda Real Leon komandasının heyətində N17 futbolçu İmran Əlizadə qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
4 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zəfər PFK-AF Group Academy oyununda AF Group Academy komandasının heyətində N2 futbolçu Xəqani Ağayev qarşılaşmanın 22-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
4 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Xocalı FK-Baku Sporting FK oyununda Baku Sporting FK komandasının heyətində N12 futbolçu Ömər Rzayev qarşılaşmanın 16-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
5 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Hindarx(Ağcabədi)-Aran FK(Beyləqan) oyununda Hindarx (Ağcabədi) komandasının baş məşqçisi Orxan Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 52.3);
02.10.2025-ci il tarixində futzal üzrə Yüksək Liqada keçirilən Araz Naxçıvan – Lənkəran MFK oyununda, Lənkəran MFK komandasının oyunçusu Ümid Qəhrəmanov oyunun 35-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.