az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 01.10.2025 Çap
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilsin (maddə 99, 94, 68);
AFFA İntizam Komitəsinin qərarları
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ” klubunun 30 nömrəli futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qəbələ” klubu 1000 manat cərimə edilsin (maddə 44.1);
 
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
 
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);
 
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilsin (maddə 60.1);
 
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
 
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Sabah” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sabah” klubu 10000 manat cərimə edilsin (maddə 52.4);
 
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
 
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
26.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununda “’Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “’Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Qəbələ-2” – “Turan Tovuz-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Qəbələ-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
 
27.09.2025-ci il tarixində Əvəzedicilər liqasında VI turun “Zirə-2” – “Sabah-2” oyununda “Zirə-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Ağdaş” komandası 150 manat cərimə edilsin (maddə 45.1);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 14 nömrəli futbolçusu Ağamurad Hüseynov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Ağdaş” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 86.3);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Quba” komandasının 76 nömrəli futbolçusu Nihad Əliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Quba” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Dinamo” – “Göygöl” oyununda “Dinamo” komandasının həkimi olmadığına görə “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə, 68)
 
29.09.2025-ci il tarixində II Liqada IV turun “Dinamo” – “Göygöl” oyununda “Göygöl” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 99, 94, 68);
 
30.09.2025-ci il tarixində II Liqada IV turun “Xankəndi” – “Sheki City” oyununun 45+2-ci dəqiqəsində “Xankəndi” komandasının 77 nömrəli futbolçusu Əziz Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Xankəndi” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
30.09.2025-ci il tarixində II Liqada IV turun “Şəmkir” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
30.09.2025-ci il tarixində II Liqada IV turun “Şəmkir” – “Ağstafa Gəncləri” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 250 manat cərimə edilsin (maddə 86.3);
 
30.09.2025-ci il tarixində II Liqada IV turun “Kür-Araz” – “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
II Liqada çıxış edən “Sheki City” komandasının rəsmisi Elgün Hüseynov bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilsin. (maddə 97, 11)
 
27 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N1 futbolçu Salih Məmmədli qarşılaşmanın 13-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
 
28 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Dinamo(Bakı)-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N4 futbolçu Seymur Xəlilov qarşılaşmanın 83-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
27 sentyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Sumqayıt FK-Turan Tovuz FK oyununda Sumqayıt FK komandasının heyətində N23 futbolçu Elcan Quliyev qarşılaşmanın 61-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 52.4);
 
27 sentyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Sumqayıt FK-Turan Tovuz FK oyununda Qarşılaşmanın 67-ci dəqiqəsində Sumqayıt FK komandasının heyətində N10 futbolçu Xəlil Salami qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
28 sentyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK-Qarabağ FK oyununda Şamaxı FK komandasının heyətində N8 futbolçu Rəsul Gülalızadə qarşılaşmanın 75-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
27 sentyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Viktoriya(Zaqatala)-Alfa(Zaqatala) oyunu bitdikdən sonra Alfa(Zaqatala) komandasının heyətində adı protokolda olmayan oyunçu aşkarlandığı üçün Alfa(Zaqatala)  0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);
 
28 sentyabr 2025-ci il AFFA U-13 Liqasında keçirilməli olan Balxurma-Zaqatala PFK oyunu Balxurma komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Balxurmya 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50);
 
28 sentyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şamaxı FK-Çinar(Göyçay) oyununda Şamaxı FK komandasının heyətində N14 futbolçu Yunis Usubov qarşılaşmanın 45-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 44.1);
 
27 sentyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Zirvə FK-Parlaq FA oyununda Parlaq FA komandasının heyətində N10 futbolçu Xəqani Ağayev qarşılaşmanın 24-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
 
27 sentyabr 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən Modern FK-Binə FK oyununda Modern FK komandasının baş məşqçisi Sabit Əliyev qarşılaşmanın 50-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7).
 
25.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın Şuşa MFK – Araz Naxçıvan oyununda, Şuşa MFK komandasının oyunçusu Adil İsmayılov oyunun 4-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
 
25.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın U-19 – Neftçi İK İB oyununda,U-19 komandasının oyunçusu İsmayıl Əhmədov oyunun 29-cu dəqiqəsində qeyri idman hərəkətinə görə(Ətraflı səbəb: Düşüncəsiz şəkildə cərimə zərbəsi ilə nəticələnən qayda pozuntusu edir)bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7).n
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor