09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 62-ci dəqiqəsində “Ağdaş” komandasının 1 nömrəli futbolçusu Ümid Paşayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılovun hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 51.2);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununun 120-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Ağstafa Gəncləri” – “Şirvan” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Göygöl” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığına görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Quba” – “Xankəndi” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
13.10.2025-ci il tarixində II Liqada V turun “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
13.10.2025-ci il tarixində II Liqada V turun “Ağstafa Gəncləri” – “Ağdaş” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
14.10.2025-ci il tarixində II Liqada V turun “Quba” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununun 82-ci dəqiqəsində “Sheki City” komandasının 6 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sheki City” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununun matçöncəsi iclasında “Şəmkir” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (99, 94, maddə 58.1)
12.10.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Baku Juniors” oyununun 68-ci dəqiqəsində Şəfa FK komandasının №20 oyunçusu Natella Məmmədova təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın. (Maddə 45.1)
12.10.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Baku Juniors” oyununun 68-ci dəqiqəsində Baku Juniors komandasının №7 oyunçusu Mələk Kərimova təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın. (Maddə 45.1)
12.10.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Neftçi PFK-Liman UFK” oyununun 12-ci dəqiqəsində Neftçi PFK komandasının №14 oyunçusu Coşqunə Əliyeva topla mübarizə zamanı rəqib komandanın (Liman UFK) №23 futbolçusu Mələk Hacıyevaya qarşı təcavüzkar davranışına görə qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın. (Maddə 45.1)
12.10.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Ümid (Gəncə)-Qəbələ İK” oyununun 82-ci dəqiqəsində Qəbələ İK komandasının №6 oyunçusu Zemfira Mecidova rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın. (Maddə 46)
09.10.2025-ci il tarixində keçirilən futzal üzrə Yeni Suraxanı - Timsport oyununda, Yeni Suraxanı komandasının oyunçusu Suad Hüseynzadə oyunun 6-cı dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın. (Maddə 46)
11 oktyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK-Şəfa FK oyununda Şəfa FK komandasının heyətində N85 futbolçu Zahid Gülməmmədov qarşılaşmanın 60-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün növbəti 1 oyunu buraxsın. (Maddə 17.5)
11 oktyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyununda Sumqayıt FK komandasının heyətində N4 futbolçu Əli Bədəlov qarşılaşmanın 73-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun müddətinə oyuna buraxılmasın. (Maddə 44.1)
11 oktyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli FK-Kəpəz PFK oyununda İmişli FK komandasının heyətində N15 futbolçu Səxavət Əbilzadə qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə aldığı üçün növbəti 1 oyun oyuna buraxılmasın. (Maddə 17.5)
11 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK-Ulduz FA oyununda Ulduz FA komandasının heyətində N29 futbolçu Asiman Mustafayev qarşılaşmanın 2-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın. (Maddə 46)
11 oktyabr 2025-ci il AFFA U-14 Liqasında keçirilməli olan Yasamal Bakı-Binə FK oyunu Yasamal Bakı komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün kluba texniki məğlubiyyət verilsin. (maddə 79)
11 oktyabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Sumqayıt City-UGİM-2 oyununun 78-ci dəqiqəsində Sumqayıt City FK-nın nümayəndəsi Kənan Kərimov texniki zona qaydalarını pozaraq etiraz etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 (bir) oyun müddətinə oyuna buraxılmasın. (maddə 47.2)
11 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Ağsu Siti-Xocalı FK oyununda Ağsu Siti komandasının heyətində N2 futbolçu Müşfiq Abbaszadə qarşılaşmanın 41-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın. (Maddə 52.3)
5 oktyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən İmişli FK-Hacıqabul FK oyununda Hacıqabul FK komandasının heyətində N20 futbolçu İbrahimov Muhəmməd qarşılaşmanın 35-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə aldığı üçün 2 (iki) oyun müddətinə oyuna buraxılmasın. (Maddə 45.1)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.