az en
News / Azərbaycan amputant millisindən ilk oyunda qələbə (fotolar)

Azərbaycan amputant millisindən ilk oyunda qələbə (fotolar)

Turnir Dərc olundu: 17.10.2025 Çap
Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib. “Bayıl Arena”da 5 komandanın - Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland millisinin iştirakı ilə təşkil olunan turnirin ilk günündə 3 oyun keçirilib.
Azərbaycan amputant millisindən ilk oyunda qələbə (fotolar)
Matçlardan əvvəl açılış mərasimi olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Dünya Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak yarışın önəmindən bəhs edib və iştirakçılara uğurlar arzulayıblar.
Ardından oyunlar keçirilib. Açılış matçında Azərbaycan millisi Belçika yığmasını 3 cavabsız qolla məğlub edib.
 
İlk günün nəticələri:
 
Azərbaycan – Belçika – 3:0
Qollar: Fərhad Əyyubov (2), Sənan Hacıyev
 
İsrail – Ukrayna – 2:0
Qollar: Yoav Tsarfati, Ben Maman
 
Niderland – Belçika – 5:0
Qollar: Rikardo Yas (2), Leroy Pelzer (2), Uesli van İnqen
 
Qeyd edək ki, qrupun digər oyunları oktyabrın 18-19-da keçiriləcək.
 
Baş Sponsor