Avqustun 28-də Quba Olimpiya İdman Kompleksinin stadionunda 12 yaşadək futbolçular arasında təşkil olunan II “Ulduz Cup” beynəlxalq turniri başa çatıb.
Üçüncü yer uğrunda görüş gərgin mübarizə şəraitində keçib və qalib penaltilər seriyasında müəyyənləşib. Gürcüstan təmsilçisi “Dinamo Tbilisi” Azərbaycan klubu “Sabah” FK-nı məğlub edərək bürünc medala sahib çıxıb.
Turnirin final görüşündə “Neftçi” PFK və Özbəkistan təmsilçisi “Paxtakor” FK qarşılaşıblar. Oyunun əsas vaxtı bərabərliklə başa çatdığından, qalib penalti zərbələri ilə müəyyən edilib. Rəqibdən daha dəqiq olan “Neftçi” turnirin qalibi olub.
Yekunda fərdi nominasiyalar üzrə qaliblər də müəyyənləşib. Ən yaxşı oyunçu Umarali Haydarov (“Paxtakor”, Özbəkistan), ən məhsuldar oyunçu Əli Hüseynli (“Sabah”, Azərbaycan), ən yaxşı qapıçı isə Elmar Abbaslı (“Neftçi”, Azərbaycan) seçilib.
Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. İkinci dəfə təşkil olunan yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.