az en
News / Göygöldə gənc futbolçular arasında seçim turniri keçirilib

Göygöldə gənc futbolçular arasında seçim turniri keçirilib

AFFA Dərc olundu: 25.08.2026 Çap
Göygöldə gənc futbolçular arasında seçim turniri keçirilib
23 avqust 2026-cı il tarixində Göygöl İdman Olimpiya Kompleksində “Elit” layihəsi çərçivəsində 10-13 yaşlı uşaqlar arasında seçim turniri keçirilib.
Turnirdə Gəncə şəhərini, həmçinin Samux, Goranboy, Göygöl və Şəmkir rayonlarını təmsil edən 200-ə yaxın uşaq iştirak edib. 
Turnirin əsas məqsədi istedadlı futbolçuların izlənilməsi, futbol bacarıqlarının qiymətləndirilməsi və onların “Elit” layihəsinə, eləcə də aşağı yaş qrupları üzrə milli komandalara cəlb olunması üçün seçim prosesinin aparılması olub.
“Elit” layihəsinin direktoru Mirbağır İsayev oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndirib.
 
Baş Sponsor