az en
News / “Zəfər” yay düşərgəsinin iştirakçıları ilə görüş keçirilib

“Zəfər” yay düşərgəsinin iştirakçıları ilə görüş keçirilib

AFFA Dərc olundu: 24.08.2026 Çap
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı Şöbəsinin dəstəyi ilə keçirilən “Zəfər” yay düşərgəsi çərçivəsində şəhid övladları ilə görüş keçirilib.
“Zəfər” yay düşərgəsinin iştirakçıları ilə görüş keçirilib
Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Alpex” şirkətinin prezidenti Sərdar Salmanov, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı Şöbəsinin rəhbəri Kifayət Mustafayeva, beynəlxalq dərəcəli hakim, İkinci Qarabağ müharibəsi veteranı Kamal Umudlu iştirak ediblər.
Görüş zamanı şəhid övladları ilə səmimi söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda AFFA tərəfindən şəhid ailələrinin övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
 
 
Baş Sponsor