az en
News / Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirilib

Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirilib

AFFA Dərc olundu: 24.08.2026 Çap
Bakı Olimpiya Stadionunda AFFA və Daxili İşlər Nazirliyinin birgə iştirakı ilə Təhlükəsizlik konfransı təşkil olunub.
Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirilib
Konfransda Azərbaycan Premyer Liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.
Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elnur Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin Premyer Liqa, I Liqa və II Liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.
 
Baş Sponsor